Taliban qadınların kişi diş həkimlərinə getməsini qadağan edib Gündəm

Taliban qadınların kişi diş həkimlərinə getməsini qadağan edib

Əfqanıstan hökuməti Qəndəharda qadınların kişi diş həkimlərinə getməsini qadağan edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə “Al Arabiya” məlumat yayıb.

Məlumata görə, Taliban döyüşçüləri (terror təşkilatı siyahısındadır) qadınları Qəndəhar boyu diş klinikalarından qovaraq onlara kişi diş həkimlərinə müraciət etməməyi əmr ediblər.

Əfqanıstanda Taliban hakimiyyətə gəldikdən sonra ölkədə qadınların hüquqlarını məhdudlaşdırmaq üçün tədbirlər görülməyə başlayıb.

Məryəm Quliyeva