"Yeni dünya siyasi nizamında əsas və həlledici güc kimi ABŞ qalmaqdadır"
Ukraynada hərbi vəziyyət və səfərbərlik müddəti yenidən uzadılır
Rəsmi Tehran: Əraqçi ilə Trampın xüsusi nümayəndəsi arasında rabitə kanalı açıqdır
Rusiya tərəfdə Ukraynaya qarşı döyüşmüş 261 nəfərin Estoniyaya girişi qadağan edilib
25 Sentyabr 2025 16:37
1 603
ABŞ-ın Pittsburq şəhərindəki Karrik liseyində bıçaqlı hücum nəticəsində 3 yeniyetmə yaralanıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən ABC News məlumat yayıb.
Jurnalistlərin sözlərinə görə, yaralılardan ikisi xəstəxanaya yerləşdirilib. Zərərçəkənlərdən birinin vəziyyəti ağır, digərinin vəziyyəti isə stabil olaraq xəstəxanaya çatdırılıb. Daha bir azyaşlı isə yüngül bədən xəsarətləri alıb və ona hadisə yerində tibbi yardım göstərilib.
Məqalədə qeyd olunur ki, hücumda məktəbin 16 yaşlı şagirdi şübhəli bilinir.
"Şübhəli şəxs nəzarətə götürülüb", - nəşr yazır.
Məryəm Quliyeva