Prezident İlham Əliyev Davosda “Euronews”a müsahibə verib - FOTO - YENİLƏNİB
Azərbaycan Prezidenti: Biz hər zaman qonşuluğumuzda sabitliyin mövcud olması haqqında düşünürük
Prezident İlham Əliyev: Beynəlxalq münasibətlər bu gün yeni eraya qədəm qoyur
Azərbaycan Prezidenti: Cənubi Qafqaz yeni inkişaf mərhələsinə daxil olur
6 Oktyabr 2025 11:26
2 807
“Baş verən daşqınların qarşısını almaq üçün erkən xəbərdarlıq sistemi işlənəcək. Yəni daşqınlar hansı sahələrdə baş verəcək bunu öncədən xəbər vermək mümkün olsun ki, insanlara zərər dəyməsin. Çünki son dövrlərdə yağışların intensiv olması səbəbindən daşqınların sayı həddindən artıq artıb”.
Bu sözləri “Xalq Cəbhəsi”nə açıqlamasında “Sağlam həyata doğru” Ekoloji İctimai Birliyinin sədri Sadiq Həsənov deyib.
S.Həsənovun sözlərinə görə, hətta Göyçay kimi daşqın olmayan ərazilərdə də daşqın baş verir: “Xüsusilə bu, Azərbaycanın şimal-qərb regionlarına aiddir. Qəbələ, Oğuz, Şamaxı, Şəki, Qax rayonlarında həddindən artıq daşqınlar baş verir. Bu da təsərrüfatlara və insanların fərdi yaşayış sahələrinə xeyli zərər verir. Bunlarla bağlı erkən xəbərdarlıq sistemləri işlənəcək. Həmin ərazilərdə yaşayan əhalinin qismən digər sahələrə köçürülməsi planlaşdırılır. Təxminən bu istiqamətdə adaptasiya planları həyata keçirilir”.
Röya İsrafilova