Baş nazirin müşaviri: Netanyahunun Kuşnerlə görüşü keçirilir
17 Avqust 16:06
17 Avqust 16:06
17 Avqust 15:33
17 Avqust 14:07
17 Avqust 13:08
5 Dekabr 2025 10:28
1 841
“Gələn il Ermənistanda seçki ilidir. Artıq buna hazırlıqlar getməkdədir. İndidən proseslər qızışıb və müxtəlif gərgin hadisələrin olması mümkündür. Çünki tərəflər bu seçki prosesinə həyati əhəmiyyət kəsb edən bir məsələ kimi yanaşmaqdadırlar və həqiqətən də bu seçki Ermənistanda çox təsiredici olacaq”.
Bunu xalqcebhesi.az-a açıqlamasında "Müasir İnkişaf" İctimai Birliyinin sədri Mübariz Göyüşlü bildirib.
O qeyd edib ki, bu mənada Rusiyanın, eləcə də digər ölkələrin Ermənistana müdaxilələri mümkündür: “Nəzərə alaq ki, Ermənistanda hələ də ən çox təsir imkanlarına malik olan ölkələrdən birincisi yenə də Rusiyadır. Bu mənada Rusiya vətəndaşlarının, ya da Ermənistan vətəndaşı olan rusların, yaxud da Rusiya ilə çox sıx əlaqəsi olan ermənilərin telefonlarının dinlənilməsi, onlara müxtəlif basqılar edilməsi və s. kimi addımların atılması mümkündür. Seçki öncəsi Ermənistanda belə hadisələrin baş verməsi ola bilər və hətta bu təzyiqlər 2025-ci il daxil olandan daha da artıb. Paşinyan ən çox təhlükə hiss etdiyi siyasi qrupları, şəxsləri zərərsizləşdirmək üçün onlara qarşı fəaliyyətlər və addımlar atmaqdadır”.
Röya İsrafilova
17 Avqust 16:06
672
17 Avqust 15:33
644
17 Avqust 14:07
959