09:33
469
İran rejiminin öz vətəndaşına qarşı vəhşiliyinin tək səbəbi var, bilirlər ki, artıq sonları gəlib. Ona görə də öz canlarını qorumaq üçün məlum vəhşilikləri törədiblər.
Bunu xalqcebhesi.az-a ƏHD Partiyasının ictimai-siyasi əlaqələr üzrə katibi Azər Qasımov deyib
O, qeyd edib ki, bundan sonra mollaların hakimiyyətdə qalması öz xalqları üçün təhqir olacaq. Mollalar yaxşı başa düşür ki, xalq onları bağışlamayacaq. Artıq xalqla rejim arasında düşmənçilik yaranıb:
"Molla rejimi ABŞ-ın onları məhv edəcəyini artıq bilir. Verilən hədə bəyanatları da qorxularındandır. Amma rejimin Yaxın Şərqi və yaxın ətrafını qana bulayacağı da realdır. Biz də çox ehtiyatlı olmalıyıq. Bu dəfə rejimin hədələrinə ciddi yanaşmalıyıq. Çünki son dövrlərin yaşayan rejim mütləq biz də daxil bir çox yerləri raket atəşinə tutacaq. Əlindəki raketləri hara gəldi atacaq. Rejim idarəçilik üçün bütün rıçaqlarını itirib. Tək ümidi əlindəki vəhşi terrorçular və raketlərlə qalıb.
Azərbaycan HHM sistemlərinin hazır olduğundan əmin olmalıdır. Son anda region ölkələrini də münaqişəyə cəlb etməyə çalışacaqlar.
Mollabaşının məhv edilməsi durumunda isə gedəcəklərindən əmin olduqlarından daha çox ətrafa hücum edəcəklər. Azərbaycan və Türkiyə orduları hazır vəziyyətə gətirilməlidir. İran Türkləri bizi gözləyəcək".
Cavid
08:51
1 015
08:45
1 057
24 Yanvar 11:48
1 988