Tramp Qrenlandiyaya görə Danimarka Baş nazirini 45 dəqiqə danlayıb Dünya

Tramp Qrenlandiyaya görə Danimarka Baş nazirini 45 dəqiqə danlayıb

ABŞ Prezidenti Donald Tramp 2025-ci ilin yanvarında baş tutan telefon danışığı zamanı Qrenlandiyanın ərazi mənsubiyyəti məsələsinə görə Danimarkanın Baş naziri Mette Frederikseni təxminən 45 dəqiqə ərzində sərt şəkildə tənqid edib.

Bu barədə “The New York Times" qəzeti məlumat yayıb.

Mette Frederiksen sözügedən telefon danışığının detalları ilə bağlı mətbuata açıqlama verməkdən imtina edib. O bildirib:

“İki həmkar arasında aparılan telefon danışığı elə iki həmkar arasında da qalmalıdır.”

Qeyd edək ki, liderlər arasında sözügedən telefon danışığı 2025-ci il yanvarın 15-də baş tutub. Həmin vaxt Danimarkanın "TV2" telekanalına açıqlama verən Baş nazir bildirmişdi: "Ümid edirəm ki, hamı, o cümlədən amerikalılar, bütün xalqlar kimi qrenlandiyalıların da öz gələcəkləri ilə bağlı qərar vermək hüququna hörmətlə yanaşacaqlar".