Azərbaycanın strateji valyuta ehtiyatları 91 mlrd. dollara yaxınlaşıb
Prezident Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpa işləri ilə tanış olub
Ötən ay 15 aparıcı televiziya kanalında 864 xarici söz işlədib, xəbərdarlıq olunub
İranda Laricani və "IRIS Dena" dənizçiləri ilə vida mərasimi keçirilir
15:13
1 064
Türkiyə hələ də cari ildə "Akkuyu" AES-in ilk enerji blokundan elektrik enerjisi almağa başlamağı planlaşdırır.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar NTV telekanalının efirində məlumat verib.
"Bütün səylərimiz bu ilk reaktorun cari il ərzində ilk elektrik enerjisini istehsal etməsinə yönəlib. Bizim fikrimizcə, hər şey qrafikə uyğun gedir. Söhbət tikintisi təxminən 99% başa çatmış reaktordan gedir. Bizə hazır olmaq üçün cəmi bir faizin qaldığını deyirlər. Bu, bəlkə də bir neçə aylıq işdir. Lakin başa düşmək lazımdır ki, atom elektrik stansiyasının istismara verilməsi, sınaq prosesləri — bunlar hamısı aylar çəkən yüzlərlə mərhələdən ibarət əməliyyatlardır. Ona görə də qarşıda hələ görülməli çox vacib işlərimiz var", — deyə nazir bildirib.
"Akkuyu" AES-in ilk enerji blokunun hazır olmasına 1% iş qalıb, lakin istismara verilmə prosesi vaxt tələb edir.
Məryəm Quliyeva