Prezident Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpa işləri ilə tanış olub
Ötən ay 15 aparıcı televiziya kanalında 864 xarici söz işlədib, xəbərdarlıq olunub
İranda Laricani və "IRIS Dena" dənizçiləri ilə vida mərasimi keçirilir
İranın neft-qaz yataqları ABŞ və İsrailin zərbələrinə məruz qalıb
15:02
588
BDU-nun Astrofizika kafedrası 18-30 mart tarixləri üçün geomaqnit hava proqnozunu açıqlayıb.
Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən xəbərə görə, 21mart tarixinədək geomaqnit sahə normal fon səviyyəsində olacaq.
Belə ki, 21-22 və 25 mart tarixlərində G5 (zəif-kiçik) səviyyəli geomaqnit dəyişiklik gözlənilir.
Geomaqnit qasırğanın gücünü göstərən və 10 ballıq sistemlə hesablanan Kp əmsalı 21-22 və 25 mart tarixləri üçün 5-ə bərabər, martın 31-dək digər günlər üçün 2-4, yüksək coğrafi enliklərdə isə 19 mart tarixində 6-7 intervalında olacaq.
Qeyd olunub ki, güclü geomaqnit qasırğası gözlənilmir.