“Neft gəlirləri artsa da, manat sabit qalacaq”
17 Mart 19:38
17 Mart 19:38
17 Mart 19:35
17 Mart 18:44
17 Mart 16:32
Bakı aeroportu Novruz bayramı günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək
İsrail ordusu İranın daxili təhlükəsizlik qüvvələrini və ballistik raket qərargahlarını vurub
"Fitch": Neftin qiyməti 100 dollar səviyyəsində qalarsa, qlobal resessiya riski artacaq
İran XİN rəhbəri: Müctəba Xamenei sağ-salamatdır, vəziyyət nəzarəti altındadır
09:57
784
Qlobal kriptovalyuta bazarında son 24 saat ərzində əsas aktivlər üzrə qarışıq dinamika qeydə alınıb.
“APA-Economics” CoinMarketCap məlumatlarına istinadən xəbər verir ki, bazarın lideri olan "Bitcoin"in (BTC) qiyməti son sutkada 0,06% azalaraq 74 293 ABŞ dolları səviyyəsinə düşüb.
Qızıl ilə təmin olunan tokenlərdə də azalma müşahidə edilib. PAX Gold (PAXG) 0,83% ucuzlaşaraq 4 980 dollara, Tether Gold (XAUt) isə 0,74% ucuzlaşaraq 4 956 dollara enib.
Bazarın ikinci ən böyük kriptovalyutası olan Ethereum (ETH) əksinə, 0,75% bahalaşaraq 2 330 dollar səviyyəsinə yüksəlib.
Digər əsas aktivlər - BNB 0,32%, Bitcoin Cash (BCH) 0,39%, Monero (XMR) 0,83% və Bittensor (TAO) 1,39% ucuzlaşdığı halda "Zcash"ın (ZEC) qiyməti 5,08% artıb.
Analitiklər ümumilikdə bazarda müşahidə olunan bu qarışıq dinamika investorların ehtiyatlı davranışı və qısamüddətli texniki düzəlişlərlə izah edirlər. Eyni zamanda, qızıl əsaslı tokenlərdə azalma qlobal bazarlarda qızıl qiymətlərindəki korreksiya ilə, bəzi altkoinlərdə artım isə spekulyativ tələbin güclənməsi ilə əlaqələndirilir.