ÜST-dən nüvə xəbərdarlığı Gündəm

ÜST-dən nüvə xəbərdarlığı

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) əməkdaşları Yaxın Şərqdəki münaqişənin gedişatını izləyir və nüvə silahının tətbiqi və ya nüvə obyektinə hücum ssenarisinə hazırlaşırlar.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə ÜST-nin Şərqi Aralıq dənizi ölkələri üzrə regional bürosunun direktoru Hanan Balxi məlumat verib.

"Ən pis ssenari nüvə insidentidir və bizi ən çox narahat edən də budur. Nə qədər hazırlaşsaq da, regiona və bütün dünyaya dəyəcək zərərin nəticələrinin qarşısını heç nə ala bilməz. Əgər bu baş verərsə, fəsadları onilliklər boyu hiss olunacaq", — deyə o, Avropanın "Politico" nəşrinə müsahibəsində bildirib.

Balxi əlavə edib ki, ÜST heyəti nüvə obyektlərinə hücum və ya atom bombasının tətbiqi də daxil olmaqla, "daha geniş mənada" nüvə insidentinə hazırdır. Bundan əlavə, o vurğulayıb ki, ABŞ-ın İranın neft obyektlərinə endirdiyi zərbələr sağlamlıq üçün ciddi fəsadlar törədə, o cümlədən respirator (tənəffüs yolu) xəstəliklərinin artmasına səbəb ola bilər.

Məryəm Quliyeva