İMQ HAMAS-ın təchizat və logistika rəhbərini məhv etdiyini açıqlayıb Dünya

İMQ HAMAS-ın təchizat və logistika rəhbərini məhv etdiyini açıqlayıb

İsrail Müdafiə Ordusu (İMQ) radikal HAMAS təşkilatının təchizat və logistika şöbəsinin komandiri Yəhya Əbu Ləbdanı zərərsizləşdirdiyini bəyan edib.

Xalqcebhesi.az-ın xəbərinə görə, bəyanatda deyilir: "İsrail Müdafiə Ordusu HAMAS-ın hərbi qanadı üçün hərbi texnika və silahların alınmasını və daşınmasını həyata keçirən təchizat və logistika şöbəsinin komandiri Yəhya Əbu Ləbdanı məhv edib".

İsrail hərbçilərinin məlumatına görə, Əbu Ləbdə "raket istehsalı üçün onlarla ton xammal çatdırıb", həmçinin radikalların "HAMAS-ın istehsal imkanlarını inkişaf etdirmək üçün qabaqcıl elektron komponentlər" əldə etməsini təmin edib.

Məryəm Quliyeva