23 Mart 13:39
2 135
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ölkə üzərində hava məkanının qismən bağlanması müddətini daha bir həftə — martın 30-nadək uzadıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə TASS agentliyi Yaxın Şərqin aviadispetçer xidmətlərindəki mənbəyə istinadən məlumat yayıb.
Qeyd olunur ki, yerli hava limanlarına uçuşlar və geriyə qayıtmaq üçün qonşu Oman və Səudiyyə Ərəbistanı ilə hava məkanı sərhədinin kəsişmə nəzarət məntəqələrinə qədər altı marşrut müəyyən edilib. Təyyarə heyətlərinə dispetçer xidmətlərindən gələn operativ məlumatları izləmək tapşırılıb.
BƏƏ hava məkanında uçuşlara məhdudiyyətlər ABŞ və İsrailin İrana qarşı hərbi kampaniyası ilə əlaqədar tətbiq edilib.
Məryəm Quliyeva
10:35
910
25 Mart 18:25
1 400
25 Mart 15:09
1 358