09:51
406
Ağ Evdə İran ətrafındakı vəziyyətlə bağlı keçirilən brifinq ABŞ prezidenti Donald Tramp tərəfindən hər hansı bir qərar qəbul edilmədən başa çatıb.
Xalqcebhesi.az xəbər verir ki, "New York Times" qəzetinin amerikalı rəsmiyə istinadən verdiyi məlumata görə, Tramp Situasiya otağındakı görüşü təxminən iki saat sonra tərk edib. O, daha əvvəl İranla danışıqlar barədə "qəti qərar" verəcəyini bəyan etmişdi.
Görüş Ağ Evin Situasiya otağında baş tutub. ABŞ prezidenti ənənəvi olaraq güc strukturlarının, hərbçilərin və kəşfiyyat cəmiyyətinin nümayəndələri ilə müşavirələrini məhz burada keçirir.
Verilən məlumatlara görə, ABŞ və İran arasında çərçivə sazişi üzrə danışıqlar artıq bir neçə gündür davam edir və irəliləmiş mərhələdədir.
Bununla belə, Tramp tərəfindən hələlik yekun qərar qəbul olunmayıb, həmçinin İran rəhbərliyinin də mövqeyi barədə hələlik rəsmi təsdiq yoxdur.
Məryəm Quliyeva
28 May 15:32
2 884
28 May 15:26
1 540
28 May 15:22
3 003