İsrail ordusu Beyruta hədəfli zərbə endirib
28 May 15:32
28 May 15:32
İran: "ABŞ vurduğu yüz milyardlarla dollarlıq ziyanı ödəməlidir"
Rumıniya Prezidenti Müdafiə Şurasının təcili iclasını çağırıb
“Gənc xilasedici və yanğınsöndürən” XIII Ümumrespublika yarışlarının zona birinciliyi keçirilib
Qazaxıstan Bakı-Supsa kəmərini mümkün neft ixracı marşrutları arasında qiymətləndirir
10:51
924
Qazaxıstan Bakı-Supsa kəmərini mümkün neft ixracı marşrutları arasında qiymətləndirir.
“APA-Economics” xəbər verir ki, bunu Qazaxıstanın energetika naziri Yerlan Akkenjenov yerli mediaya açıqlamasında deyib.
Nazir bildirib ki, Bakı-Supsa marşrutu ilə bağlı Azərbaycan tərəfindən hələlik heç bir təklif daxil olmayıb.
Qeyd edək ki, Qazaxıstan 2026-cı ilin birinci rübündə neft və qaz kondensatı ixracını ötən ilin eyni dövründəki 19,5 milyon tondan 15,3 milyon tona endirib. İxracın azalması ölkənin ən böyük yatağı olan Tengiz yatağı üzrə hasilatın aşağı düşməsi, həmçinin Xəzər Boru Kəməri Konsorsiumu terminalında və Novorossiysk limanı vasitəsilə xammal daşımalarına tətbiq olunan məhdudiyyətlərlə əlaqələndirilir.
Xatırladaq ki, bu ilin may ayında Azərbaycan və Gürcüstan Bakı-Supsa neft kəmərinin fəaliyyətinin bərpası barədə razılığa gəliblər. Bakı-Supsa ixrac marşrutu Azəri-Çıraq-Günəşli yataqlar blokundan hasil olunan neftin nəqli üçün nəzərdə tutulub. 1999-cu ilin aprelində istismara verilən kəmərin uzunluğu 837 kilometr, illik ötürücülük qabiliyyəti isə 7 milyon tondan çoxdur. Bu marşrut üzrə neft nəqli 2022-ci ilin yazında dayandırılmışdı.