Pakistanın XİN rəhbəri mayın 29-da Rubio ilə görüşəcək Dünya

Pakistanın XİN rəhbəri mayın 29-da Rubio ilə görüşəcək

Pakistanın xarici işlər naziri İshaq Dar mayın 29-da Vaşinqtona rəsmi səfər edəcək və orada ABŞ-ın dövlət katibi Marko Rubio ilə görüşəcək.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Səfər zamanı o (İshaq Dar), ikitərəfli münasibətləri müzakirə etmək, həmçinin qarşılıqlı maraq doğuran regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparmaq üçün dövlət katibi və ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Marko Rubio ilə görüşəcək", — deyə Pakistanın xarici siyasət idarəsinin bəyanatında bildirilir.

Qeyd olunur ki, Dar və Rubio danışıqlar zamanı həmçinin "əsas prioritet sahələrdə əməkdaşlığın gücləndirilməsinə və Pakistanın dialoq və diplomatiya vasitəsilə regional sülh və sabitliyə töhfə vermək səylərinə" diqqət ayıracaqlar.

Məryəm Quliyeva