Qlobal fond bazarlarının əsas indeks göstəriciləri Dünya

Qlobal fond bazarlarının əsas indeks göstəriciləri

ABŞ və Asiya birjaları yüksəlib, Avropa indeksləri geriləyib.

"APA-Economics" xəbər verir ki, ötən gün qlobal fond bazarlarında qarışıq dinamika müşahidə olunub.
ABŞ birjalarında ticarət artımla yekunlaşıb. Dow Jones indeksi 0,05% artaraq 50 668,97 bəndə, S&P 500 indeksi 0,58% yüksələrək 7 563,63 bəndə, Nasdaq Composite indeksi isə 0,91% artaraq 26 917,47 bəndə çatıb.

Avropa bazarlarında isə eniş qeydə alınıb. FTSE 100 indeksi 0,75% azalaraq 10 425,96 bəndə, DAX indeksi 0,34% azalaraq 25 092,25 bəndə, CAC 40 indeksi isə 0,23% geriləyərək 8 188,87 bəndə düşüb.

Asiya-Sakit Okean regionunda əsas indekslər müsbət dinamika müşahidə olunub. Nikkei 225 indeksi 2,29% artaraq 66 174,88 bəndə, TOPIX indeksi 1,92% yüksələrək 3 976,75 bəndə, Hang Seng indeksi 1,10% artaraq 25 281,43 bəndə çatıb. CSI 300 indeksi 0,06%, S&P/ASX 200 indeksi isə 1,34% yüksəlib.

Analitiklər bazarlardakı yüksəlişi ABŞ iqtisadiyyatına dair nikbin gözləntilər, texnologiya şirkətlərinin güclü maliyyə göstəriciləri və investorların riskli aktivlərə marağının artması ilə əlaqələndirirlər. Avropa bazarlarında isə iqtisadi artım tempinin zəifləməsi və faiz dərəcələrinin uzun müddət yüksək qalacağı ehtimalları satış təzyiqini gücləndirib.