Asiya İnkişaf Bank Azərbaycanda günəş elektrik stansiyasının tikintisinə kredit ayıracaq İqtisadiyyat

Asiya İnkişaf Bank Azərbaycanda günəş elektrik stansiyasının tikintisinə kredit ayıracaq

Asiya İnkişaf Bankı (AİB) Bakının Qaradağ rayonunda 230 meqavatt gücündə günəş elektrik stansiyasının tikintisi və işlənməsi layihəsi üçün "Masdar Azerbaijan Energy" şirkətinə 23,3 milyon dollar məbləğində kredit ayıracaq.

Trend bu barədə AİB-ə istinadən məlumat verir.

Qeyd edək ki, bir neçə gün əvvəl Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) da həmin layihə üçün 51 milyon dollar kredit verə biləyəcini açıqlamışdı.

AYİB Direktorlar Şurası kreditin verilməsi məsələsini aprelin 27-də müzakirə edəcək.