
Zelenski: Ukrayna Avropa Birliyinin bir hissəsi olacaq
7 Avqust 19:52
7 Avqust 19:52
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
Ucarda elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
Əskişəhər Azərbaycanlıları Dərnəyi (ESAZDER) 30 aprel 2025-ci il tarixində mühüm mədəni və elmi söhbətə ev sahibliyi etdi. Şərqdə ilk Cumhuriyyət olan Azərbaycan Demokratik Respublikasının qurucusu, çağdaş Azərbaycan düşüncəsinin öncülərindən olan Məmməd Əmin Rəsulzadənin ziyalı irsini yad etmək məqsədilə təşkil edilən proqram “Rəsulzadə Dünya Ziyalısı” adlanırdı.
Konfransda məruzəçi kimi iştirak edən Azərbaycan Milli Aviasiya Akademiyasının müəllimi fəlsəfə doktoru Elçin Süleymanov Rəsulzadənin siyasi və intellektual həyatını, beynəlxalq müstəvidə qoyduğu izləri, müasir Azərbaycan kimliyinin formalaşmasında rolunu ətraflı izah etdi.
E.Süleymanov qeyd edib ki, Rəsulzadə təkcə Azərbaycan xalqı üçün deyil, bütün türk dünyası və dünya ziyalıları üçün mühüm şəxsiyyət olub. Onun istər Azərbaycanda istərsə Azərbaycandan kənarda görmüş olduğu işlər Azərbaycanın tanıdılmasında və millət olaraq təkrardan müstəqilliyin bərpasında əsas yol göstərici amillərdən olmuşdur. Konfransın sonunda məruzəçi izləyicələrin suallarını cavablayıb.
Çıxışın sonunda ESAZDER Sədri Əczacı Cavid Aydın, Dos. Doktor Elçin Süleymanova təşəkkürnamə və hədiyyə təqdim etdi və töhfələrinə görə təşəkkür etdi. Çıxış proqramı iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və xatirə şəkli çəkdirilməsi ilə yekunlaşıb.
Cavid