“Türkiyənin F-35-ə qayıdışı strateji balans tələb edir”
13 Dekabr 20:31
13 Dekabr 20:31
13 Dekabr 20:29
12 Dekabr 15:40
1 May 09:42
4 291
“İran Prezidentinin Azərbaycana səfəri bir daha onu göstərir ki, İranda Azərbaycanın strateji əhəmiyyətinə və Azərbaycanla əlaqələrin inkişafına dəyər verən dairələr mövcuddur. Bu dairələr iki ölkə arasındakı əməkdaşlığın daha da genişlənməsini istəyirlər. Aydın məsələdir ki, bundan həm Azərbaycan, həm də İran faydalanacaq. Əgər bu əməkdaşlığa sözün əsl mənasında sadiq qalınarsa, o zaman bu, regionun inkişafına da böyük müsbət təsir edə bilər. Azərbaycanla İran arasında ticari-iqtisadi, humanitar, enerji, nəqliyyat sahəsində ciddi əməkdaşlıq platformaları var”.
Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında politoloq Sultan Zahidov söyləyib.
S.Zahidov diqqətə çatdırıb ki, iki ölkə arasında uzun müddətdir ki, Hökumətlərarası Komissiya fəaliyyət göstərir: “Həmçinin fərqli-fərqli layihələr var ki, bunlar iki ölkə əlaqələrinə, eyni zamanda, regional inkişafa ciddi töhfə vermək iqtidarındadır. Buraya Araz dəhlizini, Şimal-Cənub dəhlizini və s. aid etmək olar. Yəni bu baxımdan sözsüz ki, Azərbaycanla İranı birləşdirən strateji maraqlar var. Ümid edək ki, bu maraqlar bundan sonra da iki ölkə arasında yalnız və yalnız pozitiv danışıqlara və məsələlərə konstruktiv yanaşmaya gətirib çıxaracaq və arada olan qeyri-müəyyənliklər də yalnız danışıqlar yolu ilə həll olunacaq”.
Politoloqun bildirdiyinə görə, hazırda İranın üzləşdiyi geosiyasi konyunktura kifayət qədər mürəkkəbdir: “Eyni anda həm ABŞ ilə nüvə sazişi üzərində danışıqlar baş verir, həmçinin İsrail ilə İran arasında qeyri-müəyyənlik qalmaqdadır. Düşünürəm ki, belə olan halda İran üçün ən rasional seçim də məhz elə yaxın ətrafı ilə, o cümlədən Azərbaycanla pozitiv münasibətləri inkişaf etdirmək olardı ki, indi də biz bunun şahidi oluruq”.
Röya İsrafilova
13 Dekabr 20:31
4 466
13 Dekabr 20:29
3 486
12 Dekabr 15:40
2 499