
Bu türk dövlətinin adı dəyişdirilə bilər
1 May 22:36
1 May 22:36
ABŞ-la mineral ehtiyatlar sahəsində əməkdaşlıq haqqında saziş bərabərhüquqludur və tezliklə ratifikasiya üçün Ali Radaya göndəriləcək.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski axşam videomüraciətində bildirib.
“Saziş mövcuddur, imzalanıb, ratifikasiya olunmaq üçün Ukrayna Ali Radasına göndəriləcək və biz sazişlə bağlı heç bir gecikmənin olmamasında maraqlıyıq”, - dövlət başçısı vurğulayıb.
Zelenski sənədin hazırlıq prosesində əhəmiyyətli dərəcədə dəyişdiyini qeyd edib.
Onun sözlərinə görə, bu, indi həqiqətən bərabərhüquqlu sazişdir və Ukraynaya əhəmiyyətli investisiyalar yatırmaq və istehsalın əhəmiyyətli dərəcədə modernləşdirilməsi üçün imkan yaradır.