Azərbaycanda israilli investorlarla çox sayda sazişin imzalanması gözlənilir İqtisadiyyat

Azərbaycanda israilli investorlarla çox sayda sazişin imzalanması gözlənilir

Azərbaycanda israilli investorlarla çox sayda sazişin imzalanması gözlənilir.

Trend-in məlumatına görə, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru Əkbər Abbasov Azərbaycan-İsrail biznes forumundan sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, İsrail müəssisələri biznes forumda Azərbaycanın investisiya imkanları ilə tanış olublar.

Ə.Abbasov əlavə edib ki, işgüzar görüşlərdən sonra israilli investorlarla Azərbaycanın aqrar sektor nümayəndələri arasında çox sayda sazişin imzalanması gözlənilir.