İsrail rəsmiləri ABŞ-ın yeni mövqeyindən narahatdır
18 Aprel 13:08
18 Aprel 13:08
18 Aprel 13:02
24 Noyabr 2022 11:35
4 130
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın magistral neft kəmərlərindən gəlirləri 922 225,5 min manat təşkil edib, bu da illik müqayisədə 1,2% çoxdur.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, ötən ilin müvafiq dövründə sözügedən göstərici 911 208,8 min manat səviyyəsində olub.
Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda magistral neft kəmərləri ilə 27 505,2 min ton neft nəql edilib ki, bu da 2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 5,1% çoxdur. Nəqletmənin 78,9%-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib, hesabat dövründə kəmər vasitəsilə 21 688,4 min ton neft ötürülüb (2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 10,85% çox).
Hesabat dövrü ərzində BTC kəməri ilə 3 580,3 min ton tranzit nefti də (illik müqayisədə 42% çoxdur) nəql edilib.
17 Aprel 15:52
1 988
17 Aprel 14:30
2 093
17 Aprel 13:13
2 093