Azərbaycan və Finlandiya nümayəndələri COP29-a hazırlığı müzakirə ediblər İqtisadiyyat

Azərbaycan və Finlandiya nümayəndələri COP29-a hazırlığı müzakirə ediblər

COP29-un Rəyasət Heyətinin nümayəndələri Finlandiyanın ATƏT-in yanındakı daimi nümayəndəsinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə COP29-a hazırlıq prosesini müzakirə ediblər.

Trend bu barədə COP29-un Rəyasət Heyətinin üzvü, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Fuad Hümbətova istinadən xəbər verir.

"Finlandiyanın ATƏT-in yanındakı daimi nümayəndəsi Vesa Hakkinnenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə COP29-a hazırlıq prosesi üzrə çox məzmunlu müzakirə apardıq", - o deyib.

Görüşün əhəmiyyətini izah edən F.Hümbətov Finlandiyanın 2025-ci ildə ATƏT-ə sədrlik edəcəyini, Azərbaycanın isə bu beynəlxalq təşkilatlarla müxtəlif proqramlar üzrə əməkdaşlıq etdiyini qeyd edib.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar COP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək və 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.
BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir.

Konvensiyanın tərəfləri 198 ölkədir. gər tərəflərin fərqli qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində yerləşir.