

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
Ucarda elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
Bu ilin birinci yarısında BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə (AGT) regionu üzrə yerli şirkətlərlə birbaşa və regionda fəaliyyət göstərən xarici podratçılarla imzaladığı müqavilələr üzrə yerli işçi qüvvəsinə (xidmətlərə) və materiallara çəkilmiş bilavasitə (subpodratçı – 323 müəssisə) xərcləri 772,7 mln. ABŞ dolları təşkil edib, bu da illik müqayisədə 1,8% artım deməkdir.
Bu barədə “APA-Economics” BP şirkətinin Azərbaycanda fəaliyyətinə dair bu ilin birinci yarısının nəticələrinə həsr olunmuş hesabatına istinadən xəbər verir.
Sənədə əsasən, hesabat dövründə BP yerli tərəfdaşı olan birgə müəssisələr (15 müəssisə üzrə) çərçivəsində 314,4 mln. dollar xərcləyib.
Hesabata görə, şirkət hesabat dövründə xarici podratçıların ölkə daxilində məsrəflərinə (71 şirkət üzrə) 172,9 mln. dollar xərcləyib. Bundan başqa, həmin dövrdə BP-nin 204 kiçik və orta müəssisə üzrə xərcləri 257,5 mln. dollar, 33 dövlət şirkəti üzrə xərcləri isə 27,9 mln. dollar təşkil edib.