

2025-ci il dövlət büdcəsinin xərcləri 40 687,6 milyon manat səviyyəsində olacağı gözlənilir ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 1,7% və ya 720 mln. manat azdır.
Bu barədə Maliyyə Nazirliyi xəbər verir.
Məlumata görə, 2025-ci il gözlənilən dövlət büdcəsinin xərclərinin strukturuna daxil olan cari xərclərə ümumi xərclərin 59,8 faizi həcmində və ya 24346,7 milyon manat (təsdiq olunmuş göstəriciyə nisbətən 407,2 milyon manat və ya 1,6 faiz az), əsaslı xərclərə ümumi xərclərin 34,3 faizi həcmində və ya 13941,3 milyon manat (təsdiq olunmuş göstəriciyə nisbətən 312,8 milyon manat və ya 2,2 faiz az), dövlət borcuna xidmətlə bağlı xərclərə ümumi xərclərin 5,9 faizi həcmində və ya 2399,6 milyon manat (təsdiq olunmuş göstərici səviyyəsində) vəsait yönəldiləcək.
Müvafiq olaraq dövlət büdcəsinin tərkibində cari xərclərin xüsusi çəkisi eyni olacağı, əsaslı xərclərin xüsusi çəkisi 0,1 faiz-bənd azalacağı, dövlət borcuna xidmətlə bağlı xərclərin xüsusi çəkisi isə 0,1 faiz-bənd artması gözlənilir. 2025-ci ilin dövlət büdcəsində dövlət borcuna xidmət xərcləri üzrə 2.399,6 milyon manat məbləğində, o cümlədən xarici dövlət borcu üzrə 1.441,6 milyon manat, daxili dövlət borcu üzrə isə 958 milyon manat məbləğində vəsait nəzərdə tutulub.
Qeyd edilib ki, gözlənilən 2025-ci il dövlət büdcəsinin xərcləri funksional təsnifata uyğun olaraq sosial müdafiə və sosial təminat xərcləri təsdiq olunmuş 4751.7 milyon manata qarşı 4704.2 milyon manat və ya 47,5 milyon manat (1,0 faiz) az, ətraf mühitin mühafizəsi xərcləri təsdiq olunmuş 414.2 milyon manata qarşı 410.1 milyon manat və ya 4,1 milyon manat (1,0 faiz), mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərcləri təsdiq olunmuş 621.8 milyon manata qarşı 615.6 milyon manat və ya 6,2 milyon manat (1,0 faiz), iqtisadi fəaliyyət (dövlət əsaslı vəsait qoyuluşu, işğaldan azad olunmuş ərazilərin
yenidən qurulması, bərpası və digər xərclər) xərcləri təsdiq olunmuş 8377.5 milyon manata qarşı 8210.0 milyon manat və ya 167,6 milyon manat (2,0 faiz), müdafiə və milli təhlükəsizlik xərcləri təsdiq olunmuş 8396.3 milyon manata qarşı 8245.2 milyon manat və ya 151,1 milyon manat (1,8 faiz), məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq xərcləri təsdiq olunmuş 3192.0 milyon manata qarşı 3144.1 milyon manat və ya 47,9 milyon manat (1,5 faiz), kənd təsərrüfatı xərcləri təsdiq olunmuş 1203.8 milyon manata qarşı 1179.7 milyon manat və ya 24,1 milyonv manat (2,0 faiz), təhsil xərcləri təsdiq olunmuş 4937.3 milyon manata qarşı 4838.5 milyon manat və ya 98,7 milyon manat (2,0 faiz), ümumi dövlət xidmətləri (qanunvericilik və icra hakimiyyəti, beynəlxalq münasibətlər, xarici ölkələrə yardımlar, büdcələrarası transfertlər, dövlət borcu) xərcləri təsdiq olunmuş 5261.7 milyon manata qarşı 5179.9 milyon manat və ya 81,8 milyon manat (1,6 faiz), səhiyyə xərcləri təsdiq olunmuş 1993.6 milyon manata qarşı 1969.7 milyon manat və ya 23,9 milyon manat (1,2 faiz), mənzil və kommunal təsərrüfatı xərcləri təsdiq olunmuş 369.9 milyon manata qarşı 361.4 milyon manat və ya 8,5 milyon manat (2,3 faiz), əsas bölmələrə aid edilməyən xidmətlər üzrə xərclər isə təsdiq olunmuş 1887.8 milyon manata qarşı 1829.2 milyon manat və ya 58,5 milyon manat (3,1 faiz) az olacağı proqnozlaşdırılır.