

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
“Faktiki olaraq bu gün Qəzzada HƏMAS-ın mövqeləri ciddi şəkildə zərər görüb. Müqavimətləri davam edir, amma bu, əvvəlki kimi güclü bir HƏMAS-ın olduğu mənasına gəlmir. Yəni HƏMAS məğlub edilib, sadəcə burada insanların həyatını itirmək məsələsi var və bu, günü-gündən artır. İsrailin aqressiyası da artmaqdadır”.
Bunu xalqcəbhəsi.az-a açıqlamasında politoloq Turan Rzayev deyib.
Politoloq bildirib ki, bu baxımdan əslində əldə edilən sazişi başa düşmək olur: “HƏMAS hər halda varlığını qorumağa çalışır. Ona görə də tərk etmək qərarına gəlib. Amma İsrail yəqin ki, bu sazişlə tam razılaşmayacaq. Yəni indi bir razılığı olsa da, sonra bu razılıq pozulacaq. Çünki İsrailin əsl məqsədlərindən biri HƏMAS-ı birmənalı şəkildə yox etməkdir. Yəni əgər HƏMAS öz varlığını davam etdirəcəksə, bu, gələcəkdə bu ərazilərdə münaqişənin də davam etməsi deməkdir. Ona görə də İsrail tərəfi böyük ehtimal bu sazişin pozulması üçün əlindən gələni edəcək. HƏMAS tam məğlub edilmədiyi təqdirdə Qəzza münaqişəsi heç vaxt bitməyəcək”.
T.Rzayev diqqətə çatdırıb ki, hətta Qəzza Fələstinin öhdəliyinə buraxılsa belə HƏMAS-ın varlığı Fələstin üçün də təhdiddir: “Fələstin Prezidenti Mahmud Abbasın İsrail ilə əməkdaşlıq etdiyini düşünürəm. Ona görə də HƏMAS-ın məğlub edilməsi bu gün İsrailin də, Fələstinin də ortaq marağıdır və Mahmud Abbas üçün Qəzzadakıların halından daha çox, HƏMAS-ın gələcək taleyi maraqlıdır. Ona görə də bu məsələdə Fələstinin İsrail ilə ortaq hərəkət etdiyini düşünürəm”.
Röya İsrafilova