Azərbaycan klubu sabiq basketbolçusu ilə müqavilə imzalayıb İdman

Azərbaycan klubu sabiq basketbolçusu ilə müqavilə imzalayıb

“Abşeron Lions” heyətinə yeni basketbolçu cəlb edib.

AZƏRTAC xəbər verir ki, Bakı klubu Nicat Məmmədlinin keçidini rəsmiləşdirib. Onunla 1 illik müqavilə imzalanıb

Ötən mövsümü “Sərhədçi” klubunda keçirən N.Məmmədli əvvəlki illərdə “Abşeron Lions”da oynayıb.