

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
SOCAR-ın tabeliyində yeni hüquqi şəxslər yaradılacaq.
APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin “Qaz təchizatı haqqında” qanunun tətbiqi barədə imzaladığı Fərmanda əksini tapıb.
Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti qazın nəqlini, paylanmasını, saxlanmasını, topdan satışını və idxalını, habelə pərakəndə satışını həyata keçirmək məqsədilə 2027-ci il yanvarın 1-dək tabeliyində ayrı-ayrı hüquqi şəxslərin yaradılmasını, həmin hüquqi şəxslərdə mütərəqqi korporativ idarəetmə prinsiplərinin tətbiqini, o cümlədən onların müşahidə şuralarının yaradılmasını təmin edib, Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.