10:39
952
2025-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 1 milyard 306.7 milyon manat vəsait daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 362.3 milyon manata bərabər olub.
“APA-Economics”in Azərbaycan Mərkəzi Bankının hesabatına əsasən apardığı hesablamalara görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə sürətli pul köçürmə sistemləri vasitəsilə banklara daxil olan vəsaitin həcmi 2% və ya 25.6 milyon manat, banklardan xaricə köçürmələr isə 7.9% və ya 31.1 milyon manat azalıb.
Qeyd edək ki, 2024-cü ilin yanvar-senyabr ayları ərzində Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 1 milyard 332.3 milyon manat daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 393.4 milyon manat təşkil edib.