12:27
546
Avropa İnvestisiya Bankı (AİB) “Bakı Metropoliteni” QSC-nin yeni infrastruktur layihəsinin hazırlanması ilə bağlı koordinasiya və texniki dəstək mexanizmlərinin formalaşdırılması prosesinə başlayıb.
“APA-Economics” xəbər verir ki, AİB tərəfindən həyata keçiriləcək texniki yardım Bakı metrosu üzrə nəzərdə tutulan yeni layihənin ekoloji və sosial standartlara uyğun şəkildə hazırlanmasını, həmçinin prosesin yerli qanunvericilik çərçivəsində qiymətləndirilməsini əhatə edir.
Bu mərhələdə layihənin Ekoloji və Sosial Təsir Qiymətləndirilməsi (ESIA) tələblərinə uyğunlaşdırılması və beynəlxalq normaların tətbiqi nəzərdə tutulur.
Hazırlıq dəstəyinin əsas məqsədi gələcək metro layihəsinin planlaşdırılması zamanı tələb olunan texniki, ekoloji və sosial elementlərin beynəlxalq standartlara uyğun şəkildə formalaşdırılmasıdır. Proqram Bakıda həyata keçiriləcək və işlərin 2026-cı il fevralın 9-dan başlayaraq 30 ay ərzində icrası planlaşdırılır.
Sözügedən texniki yardım layihənin növbəti mərhələlərdə maliyyələşdirilməyə hazır vəziyyətə gətirilməsinə, eləcə də prosesdə institusional və texniki koordinasiyanın gücləndirilməsinə xidmət edəcək.
13:44
287
13:05
490
12:19
574