Azərbaycan-Türkiyə Hökumətlərarası Komissiyasının yeni Fəaliyyət Planının detalları məlum olub
Ceyhun Bayramov diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar Vladanka Andreyeva ilə görüşüb
Azərbaycan və Türkiyə üçüncü ölkələrə sərmayə qoyulması sahəsində əməkdaşlıq edəcək
Azərbaycan və Türkiyə sərbəst ticarət müqaviləsi imzalanması imkanlarını araşdıracaq
15:42
546
Abşeron yatağından qazın 2029-cu ildən başlayaraq Türkiyəyə ixracına başlanılması ilə bağlı danışıqlar aparılır.
APA-nın xəbərinə görə, bunu Baş nazir Əli Əsədov Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasında bildirib.
Əli Əsədov deyib ki, Azərbaycanla Türkiyənin birgə reallaşdırdıqları meqa enerji layihələri böyük regional və qlobal əhəmiyyət daşıyır: “Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum boru kəmərləri və TANAP/TAP kimi nəhəng layihələrin həyata keçirilməsi nəinki ölkələrimizi birləşdirdi, eyni zamanda, Avrasiyanın enerji xəritəsini dəyişdirdi. Bu gün Azərbaycandan Türkiyə ərazisindən gedən neft-qaz bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir. Hazırkı geosiyasi vəziyyəti nəzərə alsaq, enerji boru kəmərlərinin tranzit həcmlərinin artırılması gündəlikdə duran aktual məsələdir. Cənub Qaz Dəhlizi bu mənada strateji əhəmiyyətə malikdir. Son aylarda Azərbaycanın qaz ixrac etdiyi ölkələrin sayı artaraq 14-ə çatıb. Onlardan 10-u Avropa ölkəsidir. Bu gün Avropa ilə yanaşı, biz həm də Yaxın Şərqin enerji təhlükəsizliyinə töhfə verən etibarlı tərəfdaş kimi özümüzü təsdiqləmişik. Birgə səylərimizlə avqustda Suriyaya qaz nəqlinə başladıq. İlk dəfədir ki, Türkiyə ərazisindən keçməklə Azərbaycan qazı Yaxın Şərq regionuna nəql olunur. Martda Prezidentlər İğdır-Naxçıvan Təbii Qaz Boru Kəmərinin açılışını etdilər. Qardaşlığımızın rəmzi olan bu layihə Naxçıvanın enerji təhlükəsizliyini gücləndirib.
2024-cü ildə imzalanmış Hökumətlərarası Saziş çərçivəsində SOCAR və BOTAŞ uğurla əməkdaşlıq edirlər. Bu əməkdaşlıq həm iki şirkət arasında qazın alqı-satqısını, eyni zamanda həm Naxçıvana qazın təchizatı, həm də üçüncü ölkələrə ixracı məqsədilə svop əməliyyatlarını ehtiva edir. Enerji tərəfdaşlığımızın gündəliyində bu gün bir sıra perspektivli layihələr var. İyunda Türkiye Petrolleri Anonim Ortaklığı (TPAO) şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şəfəq-Asiman” dəniz yatağında 30 faiz paya sahib oldu. Birlikdə Xəzər dənizindəki bu perspektivli yatağın tam potensialını üzə çıxarmaq üçün çalışacağıq. Bununla yanaşı Abşeron yatağından qazın 2029-cu ildən başlayaraq Türkiyəyə ixracına başlanılması ilə bağlı danışıqlar aparılır”.
16:44
399
16:42
427
16:26
462