Bakcell “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır
Lukaşenko: Belarusda maksimum 10 "Oreşnik" sistemi yerləşdiriləcək
Azərbaycan-Türkiyə Hökumətlərarası Komissiyasının yeni Fəaliyyət Planının detalları məlum olub
Ceyhun Bayramov diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar Vladanka Andreyeva ilə görüşüb
16:17
588
Azərbaycan Dəmir Yolları 30 milyon dollarlıq istiqraz buraxır.
ADY hər birinin nominal dəyəri 100 ABŞ dolları olan 300 000 ədəd faizli, adlı, təminatsız, sənədsiz istiqraz buraxır.
Məlumata görə, istiqrazlar üzrə illik faiz dərəcəsi 7 % təşkil edir. İstiqrazlar üzrə hesablanmış faizlər, buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 təqvim ayından bir (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) ödənilir.
Qeyd edilib ki, emissiya çərçivəsində cəlb olunacaq vəsaitlər “Azərbaycan Dəmir Yolları” QSC-nin hərəkət tərkibi parkının yenilənməsi üzrə prioritet investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldiləcək. Bu vəsaitlər hesabına 7 ədəd magistral lokomotivin satın alınması nəzərdə tutulur. Layihənin dəyəri 25,935 milyon ABŞ dolları təşkil edir, əlavə olaraq 20% ƏDV və gömrük rüsumları üzrə 5,187 milyon ABŞ dolları məbləğində xərclər də bu çərçivədə maliyyələşdiriləcək.
Həyata keçiriləcək bu investisiya tədbirləri yükdaşınma potensialının artırılması, əməliyyat effektivliyinin yüksəldilməsi və logistika xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması məqsədi daşıyır.
16:44
518
16:42
539
16:26
553