10:19
588
Son üç ildə Azərbaycan vasitəsilə Orta Dəhliz üzrə yükdaşımaların həcmi 90 faiz artıb.
Bunu Baş nazir Əli Əsədov II Türkiyə-Azərbaycan Birgə İnvestisiya Forumunda çıxışında deyib.
Baş nazir bildirib ki, ölkələrimizin ərazisindən keçən və təkcə regionumuz üçün deyil, həm də qlobal ticarət və nəqliyyat əlaqələrinin genişləndirilməsi baxımından strateji rol oynayan Orta Dəhlizin önəmi getdikcə artmaqdadır:
“Ticarətin asanlaşdırılması üzrə islahatlar Orta Dəhlizin rəqəmsallaşdırılmasını artırır bu da, öz növbəsində, həm ölkələrimizin, həm də regionun yük daşımaları və ticarət dinamikasına müsbət təsir göstərir. Son üç ildə Azərbaycan vasitəsilə Orta Dəhliz üzrə yükdaşımaların həcmi 90 faiz artıb.
Həmçinin Azərbaycanın əsas ərazisinin Naxçıvan ilə birləşdirilməsi barədə avqust ayında Vaşınqtonda əldə edilmiş razılaşmalar tarixi önəm kəsb edir. Zəngəzur dəhlizinin açılması bütün region dövlətlərinə yeni iqtisadi və tranzit fürsətləri qazandırmaqla yanaşı, Orta Dəhlizin ötürücülük qabiliyyətini artıracaq”.
11:35
455
11:26
497
11:25
497