Nazir müavini: Qarabağ və Şərqi Zəngəzurda geniş əməkdaşlıq imkanları var İqtisadiyyat

Nazir müavini: Qarabağ və Şərqi Zəngəzurda geniş əməkdaşlıq imkanları var

İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda müxtəlif sahələr üzrə geniş əməkdaşlıq imkanları var və birgə investisiya layihələrinin reallaşdırılması üçün böyük potensiala malikdir.

"APA-Economics" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli II Azərbaycan-Türkiyə İnvestisiya Forumunda deyib.

O bildirib ki, Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanın yaşıl enerji potensialının reallaşdırılması üçün infrastrukturun yenilənməsi və yeni güclərin qurulması əsas prioritetlərimizdəndir. Bu prosesdə Türkiyə biznesinin iştirakı xüsusilə diqqətəlayiqdir. Kəlbəcər və Laçın rayonlarında 4 kiçik su elektrik stansiyasının bərpası və uzunmüddətli istismarı üzrə layihənin icrası həm enerji, həm də dayanıqlı inkişaf baxımından nümunəvi əməkdaşlıq modelidir.