"Bitcoin"in qiyməti 67 min dollardan aşağı düşüb İqtisadiyyat

"Bitcoin"in qiyməti 67 min dollardan aşağı düşüb

Kriptovalyuta bazarında eniş trendi davam edir. Son sutkada bazarın ümumi kapitallaşması 1,55% azalaraq 2,3 trilyon dollara düşüb.

"APA-Economics" bu barədə “CoinMarketCap” platformasına istinadən xəbər verir. Məlumata görə, bazarın əsas göstəricilərindən olan CMC20 indeksi 1,77% geriləyərək 137,93 bənd təşkil edib. Altcoin bazarında aktivlik zəifləyib və Altcoin Index 32/100 səviyyəsində qərarlaşıb.

"Bitcoin"in qiyməti sutka ərzində 1,55% azalaraq 66 818 dollara enib. Ethereum da mənfi dinamika nümayiş etdirərək 1,42% geriləyib və 1 970 dollar səviyyəsinə düşüb. BNB isə son 24 saatda 1,35% azalaraq 608 dollara enib.

Qızıl təminatlı kriptoaktivlərdə isə əks dinamika müşahidə olunub. PAX Gold (PAXG) 1,22% artaraq 4 994 dollara, Tether Gold (XAUt) isə 1,20% yüksələrək 4 969 dollara çatıb.

Digər aktivlər arasında Bitcoin Cash 2,20%, Monero 2,86% ucuzlaşıb. Zcash isə bazarda ən kəskin eniş göstərənlərdən biri olub və sutka ərzində 10,18%ucuzlaşıb.

Analitiklər bazardakı enişi ABŞ Federal Ehtiyat Sisteminin (FED) son açıqlamalarının daha sərt (“hawkish”) gözləntilər yaratması ilə əlaqələndirirlər. Faiz dərəcələrinin yüksək səviyyədə qalacağı ehtimalı riskli aktivlərə marağı azaldıb və bu, kriptovalyuta bazarında satış təzyiqini gücləndirib.