12:07
644
2026-cı ilin yanvar ayında Azərbaycanın ümumi idxalı ötən ilin yanvar ayı ilə müqayisədə 36.6% azalaraq 1 milyard 302.2 milyon ABŞ dollarına bərabər olub.
Dövlət Gömrük Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, idxal əməliyyatlarında dövlət sektorunun payı 8.46% ( 110.2 mln. dollar), özəl sektorun payı 81.65% ( 1 mlrd. 63.2 mln. dollar), fiziki şəxslərin payı isə 9.89% (128.8 mln. dollar) təşkil edib.
Ötən ilin yanvar ayı ilə müqayisədə dövlət sektorunun idxalı 7.7 dəfə, fiziki şəxslərin idxalı 22.5% azalıb, özəl sektorunun idxalı isə 3% artıb.
Qeyd edək ki, ötən ay dövlət sektorunun ixracı 710.6 milyon ABŞ dolları, özəl sektorun ixracı 1 milyard 517.4 milyon ABŞ dolları, fiziki şəxslərin ixracı isə 7.8 milyon ABŞ dolları təşkil edib.