12:26
700
Pakistanın Karaçi şəhərinin mərkəzində yaşayış binasının damında qaz çəninin partlaması nəticəsində ən azı 15 nəfər ölüb, 13 nəfər yaralanıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Express Tribune" qəzeti məlumat yayıb.
Güclü partlayış binanın damının çökməsinə səbəb olub və qonşu evlərə ziyan vurub. Xilasedicilər dağıntılar altından ən azı 15 qurbanın cəsədini çıxarıblar və dağıntılar altında ola biləcək digər insanların axtarışı davam edir. Yaralılar xəstəxanaya aparılıb.
İlkin məlumatlara görə, partlayışa qaz sızması səbəb olub. Hadisənin baş verdiyi yaşayış binası qanunsuz tikilib.
Məryəm Quliyeva