17:53
609
Azərbaycanda aksizli yanacaq məhsulları üzrə dərəcələrdə dəyişiklik edilib.
Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
2001-ci il 19 yanvar tarixli qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişiklik olunub.
Qərara əsasən, mühərrik benzinləri (aviasiya benzinləri istisna olmaqla) və dizel yanacağı üzrə aksiz dərəcələri yenilənib. Belə ki, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan və 95-dən az oktan ədədinə malik benzinlər üçün aksiz dərəcəsi 1 ton üçün 200 manat müəyyən edilib. Eyni göstəricilər üzrə digər benzin növləri üçün də eyni məbləğ tətbiq olunur.
Bununla yanaşı, digər qazoyllar, o cümlədən dizel yanacağı üçün aksiz dərəcəsi 1 ton üçün 80 manat olaraq müəyyənləşdirilib.
Eyni zamanda, 2026-cı il 1 may tarixindən 2027-ci il 31 mart tarixinədək göstərilən məhsullar üzrə aksiz dərəcəsi müvəqqəti olaraq 1 ton üçün 1 manat təşkil edəcək.
Qərarda həmçinin qeyd olunub ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən 2026-cı il 1 may – 2027-ci il 31 mart tarixləri ərzində idxal ediləcək Aİ-92 markalı benzin və dizel yanacağı üçün müvafiq olaraq 205 min ton və 201 min ton yuxarı hədd müəyyən edilib.
17:57
574
16:24
812
15:33
847