29 Aprel 12:43
29 Aprel 12:35
Pentaqon Minabda qızlar məktəbinin vurulması ilə bağlı araşdırmanı davam etdirir
Mir Cəlal Paşayevin doğum gününə həsr olunmuş ədəbi-bədii tədbir keçirilib
Pentaqon: ABŞ Ukrayna ordusuna kəşfiyyat məlumatı verməyə davam edir
ABŞ-ın müharibə naziri ilə Adam Smit arasında İranla bağlı gərgin müzakirə aparılıb
18 İyun 2020 10:13
2 170
"Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Express” MMC, Bakı-Tbilisi-Qars dəmir yolu ilə yeni növ yüklərin nəqlinə başlayıb.
Trend-in məlumatına görə, şirkət, Türkiyədən Azərbaycanın müxtəlif bölgələrinə yüklərin daşınmasına start verib. ADY Express Türkiyə və Gürcüstandakı tərəfdaşları ilə birgə polad və plastmass borular və beton dirkləri, Türkiyədən Azərbaycana nəql etməyə müvəffəq olub.
250 ton polad borular, 26 yarımvaqonda Bakı-Tbilisi-Qars dəmir yolundan keçməklə Tükriyədən Gəncə şəhərinə daşınıb. 100 to plastmass borular, 11 platformaya yüklənərək, Türkiyədən Şəmkirə nəql edilib.
600 ton beton dirəklər isə, 10 yarımvaqonda BTQ vasitəsi ilə Türkiyədən Abşerona çatdırılıb.
Bütün yüklərərin çatdırılma vaxtı (tranzit vaxtı) 3 gün təşkil edib. Yüklər Türkiyədən Gürcüstanın Axalkalaki stansiyasına çatdırılaraq, burada vaqonlarda təkər arabacıqların dəyişdirilməsi əməliyyatından sonra Azərbayacana yollarını davam etdiriblər.
Qeyd edək ki, Bakı-Tbilisi-Qars daəmir yolu vasitəsi ilə bu növ yüklərin daşınmasının davamlı olacağı nəzərdə tutulub.
Beləliklə BTQ dəmir yolunun yaratdığı imkanlar, yük sahiblərinə bu yolla məhsullarının daşınmasına gözəl şərait yaradaraq, yüklərin nəqlinin daha rahat, sürətli və təhlükəsiz edir.
29 Aprel 17:18
1 211
29 Aprel 17:14
2 415
29 Aprel 17:01
1 211
