Altı ayda ölkəyə 5,5 min ton süd idxal olunub İqtisadiyyat

Altı ayda ölkəyə 5,5 min ton süd idxal olunub

İlin birinci yarısında ölkəyə 5,5 min ton süd idxal eilib.

Dövlət Gömrük Komitəsi (DGK) xəbər verir ki, idxal edilən südün dəyəri 9,5 milyon dollar olub.

Xatırladaq ki, ötən ilin yanvar-iyun aylarında 6 milyon dollarlıq 4 min tonadək süd idxal edilib.