14 Yanvar 2021 11:02
1 883
2020-ci ilin yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatında bir işçiyə hesablanan orta aylıq əməkhaqqı 531,7 manat təşkil edib.
Naxçıvan Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu göstərici 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 11,9% çoxdur.
Xatırladaq ki, cari ilin yanvar-oktyabr aylarında Muxtar Respublikada orta aylıq əməkhaqqı üzrə göstərici 529,8 manata bərabər olub.
Muxtar respublika üzrə orta aylıq nominal əməkhaqqının səviyyəsi ölkənin digər iqtisadi rayonları ilə müqayisədə daha yüksək olub.
11:19
630
11:17
623
10:44
805