Reuters: ABŞ və İranın tarixi sazişində 300 milyard dollarlıq özəl fond planı
Tramp G7 liderləri ilə razılaşdı: Hörmüz boğazı açılır, Ukraynaya dəstək davam edir
Ziqfrid Leffler: İnfrastruktur bağlantı yaradır, institutlar isə inteqrasiyanı təmin edir
Siyəzəndə bələdiyyə islahatları və ictimai iştirakçılıq mövzusunda müzakirələrə start verilib
12:15
672
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu ilin yanvar-may aylarında 1 mln. 21 min şəxsə 937 milyon manat müavinət və Prezidentin aylıq təqaüdü ödənilib.
Bu barədə nazirlikdən məlumat verilib.
Bildirilib ki, onlardan 505 min nəfərə dövlət büdcəsi hesabına müavinət olaraq 529 milyon manat, 407 min nəfərə Prezident təqaüdü olaraq 339 milyon manat, 109 min nəfərə isə sosial sığorta hesabına müavinət olaraq 69 milyon manat ödəniş edilib.
"Ödənilən vəsait keçən ilin müvafiq dövrünə nisbətən dövlət büdcəsi hesabına müavinətlər üzrə 15 faiz, təqaüdlər üzrə isə 17 faiz çox olub. Yanvar-may aylarında daha 64 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən isə 944 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib",- məlumatda qeyd edilib.