

9 Oktyabr 19:07
9 Oktyabr 18:44
9 Oktyabr 18:37
Kabildə iki yerdə güclü partlayış və atışma səsləri eşidilib
Hakan Fidan: İslam dünyasının daha çox müstəqil düşünməyə ehtiyacı var
ABŞ-da şatdaunu dayandırmaq üçün keçirilən səsvermələr nəticəsiz olub
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak və çıxış edib
İtkin şəhidin qızı: Atamın timsalında bütün itkinlərin talelərinə aydınlıq gələcəyi günü gözləyirik
Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş naziri arasında keçirilmiş üçtərəfli görüş sübut edir ki, kəskin addımlar dövrü arxada qalıb və yerini iqtisadi münasibətlərin formalaşmasına buraxıb.
Bunu Trend-ə rusiyalı ekspert Vasili Koltaşov deyib.
Onun sözlərinə görə, üçtərəfli görüş həm də onu göstərir ki, sülh bərqərar olunub və artıq bir sıra Avrasiya bazarını birləşdirən bu regionu inkişaf etdirməyə başlamaq olar:
"Burada ilk Türkiyə, Rusiya və İran bazarından söhbət gedir. Aydındır ki, bu üç ölkə arasında, həm də Rusiya ilə Türkiyə və Türkiyə ilə İran arasında müəyyən fikir ayrılıqları mövcuddur. Bundan sonra bu regionlar bir-biri ilə birləşəcək".
Ekspert vurğulayıb ki, bütün şərtlərə əməl olunacağı təqdirdə artıq 2021-ci ilin sonunadək bu ölkələr arasında ticarət dövriyyəsinin artımını qeyd etmək olar:
"Növbəti 20 il ərzində ticarət dövriyyəsi artacaq. Biz indi böhran dövrünün başa çatdığı və iqtisadi yüksəlişin başladığı dövrə daxil oluruq".