Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_d/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_c/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_2/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_8/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_5/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_7/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_0/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_9/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_e/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_3/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_a/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_4/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_6/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_f/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_b/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
İstiqlal - bir millətin namusu və ən böyük sərvəti

İstiqlal - bir millətin namusu və ən böyük sərvəti Ədəbiyyat

İstiqlal - bir millətin namusu və ən böyük sərvəti

Ceyhun Hacıbəylinin həyat və yaradıcılığı

1-ci yazı

Sovet hakimiyyəti illərində tarixi saxtalaşdırılan, taleyi xalqdan gizlədilən Şərqin ilk demokratik dövləti olan Azərbaycan Xalq Cümhuriyyəti haqqında həqiqətilərin üzə çıxarılması, onun milli həyatda yerinin, rolunun düzgün müəyyənləşdirilməsi, qiymətləndirilməsi, Cümhuriyyət liderlərinin həyat və fəaliyyətinin tədqiqi, təbliği istiqamətində səmərəli tədbirlər həyata keçirilməyə başlanıldı. Ceyhun Hacıbəylinin XX əsrin ikinci onilliyindəki Bakı fəaliyyəti daha çox mühərrirlik, maarifçilik və müəllimliklə bağlıdır. Bakıda müəllimlərin birinci qurultayının keçirilməsi və tədbirin proqramının hazırlanması məqsədi ilə yaradılan komissiyada o, fəal iş aparıb.
Ömrünün sonlarına yaxın - 1953-cü ildə Ceyhun Hacıbəyli Azərbaycan Milli Birliyinin orqanı "Azərbaycan" dərgisində (Almaniya, Münhen şəhəri) dərc etdirdiyi "Bir millətin namusu" adlı məqaləsində ölkəmizin bolşeviklər tərəfindən işğalını "tarixi faciə" adlandırır və yazırdı ki, may ayı yalnız milli istiqlalımızın anım günü kimi deyil, eyni zamanda Azərbaycan-Türk millətinin düşmən tərəfindən tapdalanan və əzilən haqqının qorunması və yüksəldilməsi ayı kimi də anılır. Məşum 27 aprel hadisəsinin nəcib millətimizi nə qədər rəzalətə düçar etdiyi hər kəsə bəllidir. Ceyhun Hacıbəyli istiqlal uğrunda mücadiləni bir millətin namusu yolunda mübarizə adlandırır, canlarını vətən və millət naminə fəda etməkdən bir an da olsa, çəkinməyən qəhrəmanları iftixar hissi ilə xatırlayır və sonda yazır: "Ey qəhrəman və əziz Şəhid övladlarımız, Azərbaycan milləti dünyada tək bir azərbaycanlı türkü qalana qədər sizləri unutmayacaq." Tarix böyük mücahidin dediklərini təsdiqləyir. Xalqımız bu gün istiqlal uğrunda fədakarlıqla mücadilə aparmış öz qəhrəmanlarını ehtiramla yad edir, onların nəsillərə nümunə həyat və fəaliyyətini layiqincə dəyərləndirir...
Ölkə Prezidentinin müvafiq sərəncamlarına əsasən Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının yubileyləri geniş miqyasda qeyd olunmuş, Azərbaycan Xalq Cümhuriyyətinin adının əbədiləşdirilməsi məqsədi ilə onun şərəfinə abidə ucaldılmışdır. Xalq Cümhuriyyəti ilə bağlı ölkə və beynəlxalq miqyaslı elmi konfrans, simpozium və mədəni-kütləvi tədbirlər təşkil olunmuş, sənədlər toplusu, kitablar nəşr edilib. Azərbaycan Respublikası Prezidentinin 2007-ci ildə istiqlal şairi Almas İldırımın 100, 2013-cü ildə Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin 130 və Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədri Əlimərdan bəy Topçubaşovun 150, 2014-cü ildə Azərbaycan ictimai fikrinin görkəmli nümayəndəsi, tanınmış maarifçi və yazıçı-publisist Əli bəy Hüseynzadənin 150, 2015-ci ildə Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri, yazıçı-publisist, tərcüməçi, naşir və ictimai xadim Ceyhun Hacıbəylinin anadan olmasının 125 illiyinin dövlət səviyyəsində keçirilmişi ilə bağlı sərəncamlarının ədəbi-mədəni irsə, milli sərvətlərə, istiqlal mücadiləsi tarixinə, onun bayraqdarlarına ehtiramla yanaşmağın, onların ideallarını yaşatmağın bariz nümunəsidir. Azərbaycan milli dövlətçilik salnaməsini müstəsna dərəcədə zənginləşdirmiş Xalq Cümhuriyyətinin 100 illiyinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi respublikada geniş qeyd edilməsi və "Azərbaycan Xalq Cümhuriyyəti ili" elan edilməsi ilə bağlı Ölkə Prezidentinin sərəncamlarının böyük tarixi və siyasi əhəmiyyəti var.
Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli simalarından yazıçı-publisist, tərcüməçi, naşir, redaktor, folklorşünas, ilahiyyatçı alim, sovetoloq, ictimai xadim, Azərbaycanın istiqlal mücahidi, mühacirətin fəal üzvlərindən və təşkilatçılarından biri Ceyhun Hacıbəylinin adı intibah dövrü kimi xaraterizə edilən XX əsrin əvvəllərində yetişən görkəmli xalq xadimləri ilə bir sırada durur.
Ceyhun Hacıbəyli 1891-ci ildə fevral ayının 3-də Şuşada anadan olub, ilk təhsilini şəhərdəki Nəcəf bəy Vəzirovun müdir olduğu məktəbdə alıb. Təhsilini Bakıda rus-tatar məktəbində davam etdirən C.Hacıbəyli Əlibəy Hüseynzadənin müdir olduğu "Səadət" məktəbində də çalışıb, 1908- ci ildə ali təhsil almaq üçün Peterburqa gedib. Bir il çar Rusiyasının paytaxtında oxuyan Ceyhun bəy sonra Fransaya getmiş və Sorbon universitetinin hüquq fakültəsini bitirərək ali təhsilə yiyələnib.
Bundan sonra Ceyhun bəy 15-16 yaşlarından başladığı mətbu fəaliyyətini daha da genişləndirib. "İttihad" (1917), eləcə də "Kaspi"nin əlavəsi kimi çıxan "İzvestiya" qəzetlərinə redaktorluq edən C.Hacıbəyli "İrşad", "Proqres", "Tərəqqi", "Kaspi", "Baku" kimi qəzetlərə məqalə, felyeton və hekayələr yazırdı. C.Hacıbəyli 1907- ci ilin sonlarında "İslamiyyə" mehmanxanasında "Leyli və Məcnun" operasının tamaşasına səylə hazırlaşır, bu işdə qardaşı Üzeyir bəyə yaxından köməklik göstərir, 1908- ci il yanvar ayının 12-də, o, Tağıyev teatrında operanın ilk tamaşasında İbn-Səlam rolunu ifa edir.
C.Hacıbəyli I Dünya Müharibəsi nəticəsində Bakıya pənah gətirən Qars qaçqınlarına yardım etmək məqsədi ilə keçirilən xeyriyyəçilik tədbirlərində də fəal iştirak edib. 1918-ci ilin avqustunda Ceyhun Hacıbəyli Gəncəyə gəlir və yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ilə sıx təmas qurur. Hökumətin başçısı Nəsib bəy Yusifbəyli ona və Şəfi bəy Rüstəmbəyliyə rəsmi "Azərbaycan" qəzetini nəşrə başlamağı təklif edir. C.Hacıbəyli bu işə böyük məmnunluqla razılıq verir və az vaxtdan sonra - sentyabrın 15-də onun redaktorluğu ilə "Azərbaycan"ın ilk nömrəsi işıq üzü görür və C.Hacıbəyli qəzetin 88 nömrəsinə redaktorluq edir. 1919-cu ilin yanvarında Azərbaycan Xalq Cümhuriyyət hökumətinin Versal (Paris) Sülh Konfransında iştirak etmək üçün Fransaya göndərdiyi nümayəndə heyəti tərkibində C.Hacıbəyli də var idi.
Nümayəndə heyətinin məsul katibi təyin olunan C.Hacıbəyli redaktoru olduğu qəzetin 1919-cu il 9 yanvar tarixli 83-cü nömrəsində "Möhtərəm oxucularımıza" adlı müraciətində yazırdı: "Vətən və millət yolunda əlimdən gələn xidməti və öhdəmə düşən vəzifəmi qəzetimizin müdiri sifəti ilə ifaya məşğul ikən, vətən övladlarının xahiş və əmrinə müti olaraq cahan sülh konfransına göndərilməklə üzərimə daha ağır və məsuliyyətli, lakin müqəddəs bir vəzifə düşdü. Bu böyük xidməti möhtərəm yoldaşlarım ilə bərabər ifa üçün Avropaya getmək lazım olduğuna görə, qəzet idarəsi işindən müvəqqəti olaraq ayrılıb əziz vətənimizin istiqlalı məsələsinin istədiyimiz yoldakı həlli-hüsn ifasından asılı olan məsul vəzifəmizin haqqında var qüvvəmizlə çalışacağımızı əlavə etməyi və möhtərəm oxucularımıza kamali-sidq və səmimiyyət ilə xudahafiz deməyi özümə fərz bildim".
Bu məsul və şərəfli vəzifə ona doğma Azərbaycan həvalə edilən son işi oldu. Ceyhun bəy bir daha Vətənə qayıda bilmədi. Lakin son nəfəsinədək Azərbaycanla yaşadı, onun istiqlalı uğrunda ideoloji mücadilə apardı, ölkəmizin mədəniyyətini xaricdə təbliğ etdi, onun qeyri-rəsmi, lakin mötəbər, xoşməramlı və fədakar təmsilçisi oldu.
Azərbaycan Xalq Cümhuriyyətinin dünya dövlətləri tərəfindən tanınması üçün əsl fədakarlıq nümunəsi göstərən Parisə göndərilən nümayəndə heyəti 1920-ci ilin mayınadək "Azərbaycan" adlı bülleten (cəmi 12 nömrə), fransız dilində Azərbaycanın rəngli coğrafi xəritəsini, üç kitab ("Qafqaz Azərbaycan Respublikası", "Azərbaycanın iqtisadi və maliyyə vəziyyəti", "Azərbaycan Respublikası əhalisinin antropoloji və etnik tərkibi") nəşr etmişlər. C.Hacıbəylinin 1919-cu ilin sonunda "Revyu dö mond musulman" jurnalında irihəcmli "İlk müsəlman respublikası" adlı əsəri, "Le temps" qəzetinə müsahibəsi (20 noyabr 1920) böyük maraq doğurur. 1925-ci ildə C.Hacıbəylinin təşəbbüsü və tərcüməsi ilə "Arşın mal alan" operettası səhnədə oynanılıb. Bir il sonra "Revyu dö mond müzulman" jurnalının 3-cü nömrəsində dərc etdirdiyi "Azərbaycan teatrı" adlı məqaləsində Hüseyn Cavid və Cəfər Cabbarlı yaradıcılığından bəhs edilmişdir. Yeri gəlmişkən, bu jurnalla sıx əməkdaşlıq edən C.Hacıbəyli həmin nəşrdə 1918-ci ildə ermənilərin Bakıda, Şamaxıda, Kürdəmirdə, Xaçmazda törətdikləri vəhşiliklər barədə irihəcmli məqalə də dərc etdirib. 1926-cı ildə Ceyhun bəyin redaktorluğu ilə mühacirətdə fransız dilində "Azərbaycan" jurnalı nəşrə başlayıb.
1925-ci ildə "Sosiete Asiatique" cəmiyyətinin "Journal Asiatque" məcmuəsində C.Hacıbəylinin "XVIII əsrin əvvəllərinin Azərbaycan tarixçisi Abbas Qulu Ağa Bakıxanov", 1933-cü ildə həmin nəşrdə "Qarabağ dialekti və folkloru (Qafqaz Azərbaycanı) (əsər 1934-cü ildə Parisdə kitab halında da nəşr edilib), 1930-cu ildə Londonda "Asiatic Revie" məcmuəsində "Azərbaycan mətbuat tarixi" məqalələri dərc edilib. C.Hacıbəylinin mühacirət dövrünün araşdırıcısı Mirzəbala Əmrahovun fikrincə, C.Hacıbəyli "Kavkaz" jurnalının fransız nəşrinə redaktorluq etmiş, mühacir Qafqaz mətbuatı ilə fəal əməkdaşlıq etmiş, "La Revue dö monde musulman", "Le bülletin dölomote France-Orient", "La Revue Contemporaine", "La Revue Politique et Parlamentarie", "La Revue des Jeunes", "Le Fiqaro" və bu kimi mətbu orqanlarla birgə işləyib, bir neçə il məşhur "La Revue de deux Mondes" fransız jumalının əməkdaşı olub. Həmin jurnalın 1934-cü ilin ilk nömrəsində (yanvar) Ceyhun bəyin çox maraqlı "SSRİ-də ziyalılar" məqaləsi dərc edilib.
İkinci Dünya Müharibəsinin başlanması ilə əlaqədar mühacirlərin fəaliyyətinə bir durğunluq hakim kəsilir. Müharibə bitdikdən bir müddət sonra mühacirlərin fəaliyyəti yenidən canlanır - dərnəklər fəaliyyətə başlayır, jurnallar nəşr edilir. Ankaradakı Azərbaycan Kültür və Dayanışma Dərnəyi, onun orqanı, "Azərbaycan" jurnalı və Münhendəki Azərbaycan Milli Birlik Məclisi, onun iki dildə (Azərbaycan, rus) nəşr olunan "Azərbaycan" jurnalı xüsusi fəallıq göstərirdi. Bu dərnəklər, ümumiyyətlə mühacirətin Türkiyə və Avropa qanadları arasında bir sıra ciddi ixtilaflar olsa da (admiral Kerkin rəhbərlik etdiyi "Amerika Komitəsi" və rus mühacirləri ilə əməkdaşlıq məsələləri və s. kimi problemlərə görə), onların əsas ideyası, məqsədi Azərbaycanın istiqlalı məsələsi olmuşdur və hər iki düşərgə bu müqəddəs amal uğrunda mücadilə edib.

Abid Tahirli