İordaniya Kralı Azərbaycan Prezidentinə təbrik ünvanlayıb Siyasət

İordaniya Kralı Azərbaycan Prezidentinə təbrik ünvanlayıb

İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyn Prezident İlham Əliyevə təbrik ünvanlayıb.

Təbrik məktubunda deyilir:
"Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə İordaniya Haşimilər Krallığının xalqı və hökuməti adından Sizə və böyük Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.

Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə davamlı tərəqqi və rifah arzu edirəm".