

23 İyun 17:36
23 İyun 17:02
"2022-ci ildə Azərbaycanın sərhəddindən cəmi 2 km uzaqlıqda yerləşən Qafan şəhərində konsulluq açan İran artıq Ermənstana gündəlik bir milyon kubmetrdən çox mavi qaz ixrac edir. Ermənistan İran vasitəsi ilə enerji idxalını şaxələndirməyə çalışır". Xalqcəbhəsi.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib: "Göründüyü kimi, Ermənistanın hər mənada qayğısına qalan ölkə islamı siyasət səviyyəsinə gətirən İrandır. Tehran rejimi bir tərəfdən Azərbaycanın güclənməsindən məmun olmadığını gizlədə bilməməklə yanaşı, digər tərəfdən Ermənistana dəstəyini genişləndirməkdədir. Amma bununla regionda formalaşan yeni düzəni pozmaq, təbii ki, mümkün olmayacaq".