
Rövşən Məmmədov: "Ermənilərin bu xislətini ifşa etmək üçün addımlar atılmalıdır"
Azərbaycan Respublikasının və Ermənistan ordularının baş qərargah rəislərinin arasında cəbhə xəttində hərbi əməliyyatların dayandırılması haqqında Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində əldə edilən razılığa baxmayaraq erməni tərəfi mütəmadi olaraq iriçaplı silahları tətbiq etməklə cəbhə bölgələrində yaşayan dinc sakinlərimizi və onların yaşayış evlərini atəşə tuturlar. Azərbaycan tərəfi isə hələ ki, üzərinə götürdüyü öhdəliyə əməl edir.
Müstəqil ekspert Rövşən Məmmədlinin sözlərinə görə, bu fakt bir daha təsdiq edir ki, həyasız və məkrli ermənilərdə hər hansı bir məsuliyyət və üzərinə götürdüyü öhdəliyə sayğı hissi yoxdur: "Ermənilər tarixən və hazırda da yalnız özlərinə sərf edən və öz əsassız maraqlarının reallaşması üçün çalışır. Onlar bu zaman hər cür sırtıqlığa, yalana, güclü olanlara yaltaqlanmağa əl atırlar. Onların atəşkəsə əməl edəcəklərinə inanmaq özü də sadəlövhlük olardı. Ermənilərin bu xislətini ifşa etmək üçün Azərbaycan tərəfi cəbhə xəttində ermənilərin hər bir hərəkətini diqqətlə izləməli, onların atəşkəsi pozmalarını lentə almalı və bütün çalarları ilə beynəlxalq aləmə, qurumlara, xüsusilə ATƏT-in Minsk qrupu üzvüləri olan dövlətlərin rəhbərlərinə çatdırmalı, ardıcıl bəyanatlar yaymalı və ermənilərin bu hərəkətlərinin,.təcavüzkarlığının qarşısının alınması üçün beynəlxalq toplantıların keçirilməsini tələb etməlidir. Ermənilərin işğal etdikləri ərazilərimizdə törətdikləri vandallığı, böyük bir ərazimizi xarabalığa çevirmələrini, yerlərin təbii sərvətlərini quldurcasına talamalarını bütün xırdalıqları ilə dünyaya çatdırmaq vacibdir". Rövşən Məmmədli deyib ki, ordumuzun son uğurlu döyüşlərindən sonra dünyanın diqqətini yenidən özünə çəkmiş Qarabağla bağlı dayanmadan ermənilərin bu ellərrə başqa ərazilərdən gəlmələri, Rusiyanın dəstəyi ilə yerli xalqı - türkləri oradan qovmaları təcavüzkarlıqları, dinc əhaliyə qarşı amansızlıqları və s. hərəkətləri ilə bağlı ardıcıl bütün dünyanı məlumatlandırmalı, bizim işimizin haqq işi, beynəlxalq hüquqa uyğun olmasını, bir milyondan artıq qaçqın və məcburi köçkünümüzün həsrətlə vətənə qayıdacağı günü gözləməsini, apardığımız müharibənin ədalətli olmasını dönə-dönə dünyaya yaymaq, .erməniləri hər addımda ifşa etmək vacibdir: "Azərbaycan tərəfi bunları etməklə həm də özünün ərazilərini düşmən tapdağından azad etmək üçün atacağı addımlara faktiki əsaslar yaratmalıdır. Bunun üçün də Ermənistanın hər bir pozucu hərəkəti qeydə alınmalı. dərhal da bu münaqişə ilə maraqlı olan beynəlxalq qurumlara və dövlətlərə məlumat verilməlidir. Ermənistanı və onu açıq, yaxud gizli müdafiə edən Rusiyanı beynəlxalq qınağa məruz qoymaq. Kremlin ermənilərlə məkrli oyununu bütün çalarları ilə Rus xalqına çatdırmaq lazımdır. Qoy Rus xalqı bilsin ki, Kreml onların maraqlarına xidmət etməyən hansı məkrli oyunlara gedir. Eyni zamanda ermənilər də baş qaldırmış ruhdan düşməni inkişaf etdirmək, Qarabağın onların ərazisi olmamasını, bu yerlərin heç zaman onların olmayacağını düşmənə hiss etdirmək, işğal olunmuş ərazilərdə qanunsuz yaşayan erməniləri daim vahimədə saxlamaq lazımdır". Ekspert hesab edir ki, düşmən tərəfinin rəhbərliyi ilə heç bir danışığa getməmək lazımdır: "Çünki, onların niyyətləri aydındır. Ermənilər heç bir güzəştə getməmək xatti tutublar. Hər fürsətdə onların ağzından vurub, doğma torpaqlarımızdan çıxarmaq lazımdır...Əlbəttə bu zaman Azərbaycan dövlətini tanıyan, onun qanunlarına, Konstitusiyasına tabe olan ermənilərin digər Azərbaycan vətəndaşları kimi ölkəmizdə dinc şəkildə yaşamalarını da təşkil və təmin etmək mümkündür".