“Azərbaycan Rusiya üçün təkcə vacib strateji tərəfdaş deyil” Siyasət

“Azərbaycan Rusiya üçün təkcə vacib strateji tərəfdaş deyil”

"Azərbaycan Rusiya üçün təkcə strateji tərəfdaş deyil, xalqınız həm də birlikdə uzun qəhrəmanlıq yolu keçdiyimiz qardaş xalqdır".
Bunu Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə Azərbaycan prezidenti İlham Əliyevə göndərdiyi məktubunda bildirib.
"Sizi və Azərbaycan xalqını səmimi qəlbdən Müstəqillik Günü münasibətilə təbrik edirəm! Bu gün Azərbaycan inkişaf yolunda uğurla addımlayır. Bizi, yaxın qonşunuzu ölkənizin əldə etdiyi inkişafın müsbət nəticələrini gömək çox sevindirir. Biz ölkənizdə dövlətçiliyin möhkəmləndirilməsinə və insanların sosial rifahının yaxşılaşdırılmasına istiqamətlənən genişmiqyaslı dəyişikliklərin şahidi oluruq. Azərbaycan müstəqil siyasət yeridərək beynəlxalq arenada öz mövqeyini gücləndirir. Müasir çoxkonfensiyalı dövlət möhkəm bünövrə üzərində qurulub. Bu bünövrəni milli adət-ənənələrə riayət edilməsi, mehriban bir ailə kimi ölkə ərazisində yaşayan bütün xalqların mənəvi dəyərlərinə hörmət təşkil edir. Bu, Azərbaycanı bir çox dövlətlər üçün nümunə edir. Rusiya üçün Azərbaycan təkcə vacib strateji tərəfdaş deyil, azərbaycanlılar həm də birlikdə uzun qəhrəmanlıq yolu keçdiyimiz qardaş xalqdır. Əminəm ki, dövlətlərimiz arasındakı dostluq münasibətləri bundan sonra da xalqlarımızın rifahı naminə dinamik inkişaf edəcək və bütün Qafqaz regionunda sabitliyinin möhkəmlənməsinə yardımçı olacaq", - deyə rusiyalı deputat təbrik məktubunda qeyd edib.