Netanyahu Azərbaycana dekabrın 13-də səfər edəcək Siyasət

Netanyahu Azərbaycana dekabrın 13-də səfər edəcək

İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana rəsmi səfərinin dəqiq tarixi məlum olub. Diplomatik mənbə təsdiqləyib ki, baş nazir Azərbaycana dekabrın 13-də gələcək. B. Netanyahu Azərbaycanda bir gün qalacaq, növbəti gün Qazaxıstana yola düşəcək.
Bu, B. Netanyahunun baş nazir kimi hər iki ölkəyə ilk səfəri olacaq.
Azərbaycana səfəri zamanı o, prezident İlham Əliyevlə görüşəcək. Səfər çərçivəsində iqtisadi sahədə əməkdaşlığa dair bir sıra sənədlərin imzalanması gözlənilir.
Qeyd edək ki, bir müddət öncə də İsrail mətbuatında mənbəyə istinadən baş nazirin səfərinin tarixini açıqlamışdı. Lakin hökumət səfərin yaxın günlərdə baş tutacağını təsdiqləsə də, dəqiq tarixi açıqlamayıb.
İsrailin Azərbaycandakı səfirliyindən də APA-ya səfərin dekabr ayında gerçəkləşəcəyini təsdiqləsələr də, dəqiq tarix bildirilməyib.