
Azərbaycana payız gəlib
22:21
“Biz elə etməliyik ki, dövlətimizin siyasi uğurları seçkilərdə layiqli təqdim olunsun, lakin müxtəlif mənafe qrupları, reputasiyası çirkli qüvvələr prezidentin yüksək adını və etimadını seçki platformasına çevirib məkrli niyyətləri üçün istismar etməsinlər”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Zahid Oruc bildirib: “92 faizlə birinciliyini dünyaya nümayiş etdirən liderin siyasi komanda üzvləri də nüfuzlu və xalq arasında qəbullanan olacağına inanırıq.
Ulu öndər Heydər Əliyev 1994-cü ildə məhz bu salonda “mövqeyinizi göstərin”, tarixi müraciətini etmişdi. Üstündən 30 il keçməsinə baxmayaraq, həmin çağırış aktualdır. Yüksək xarici təhsil, müasir kommunikasiya və Biq DATAlarla işləmək bacarığı ilə yanaşı, prezidentə yönələn xarici və daxili hücumlara sinə gərmək ən böyük Oksford siyasi etalonudur.
Tarixi təcrübə göstərir ki, silahlı savaşlarda qalib gələn millətin gözləntiləri maksimuma çatır. Proqramlarının əsas müddəaları 44 gündə tam yerinə yetirilən bütün partiyalar və namizədlər tarixdə ilk dəfədir, ermənilərin könüllü tərk etdiyi Qarabağda müharibəsiz, qaçqınsız dinc quruculuqda və seçkilərdə iştirak edəcəklər.
Yeni Parlament ictimai-siyasi palitranı özündə dolğun əks etdirməklə yanaşı, ən başlıcası, xalqın alternativ ideya və düşüncələrini təmsil edəcəyinə, Qarabağdan sonra yeni milli ideologiyanın formalaşdırılmasına töhfə verəcəyinə inanırıq.
Hazırda dünyada yalnız hərbi, siyasi-iqtisadi deyil, həm də idarəçilik böhranı var. Ləyaqətli kadrlar, insan amili bütün formasiyalarda idarəçiliyin bir nömrəli məsələsidir. Ona görə də yeni seçkilərdə əsas şüarlar, “Qələbəni möhkəmləndir” və “ən böyük sərvət insandır”, devizidir. Qurulucaq yeni Parlamentdə hərbi meydanlarda həyatını verən gənclərin elm, diplomatiya, beynəlxalq siyasət və digər səngərlərdə nəsil, əqidə yoldaşlarının daha çox təmsil olunacağına inanırıq”.